Əsl doqquzdon
Adi doqquzdon (lat. Lonicera xylosteum) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.
Yabanı halda Avropanın Şimali, Mərkəzi və Şərq vilayətlərində, Şimali Amerikada, Uralda və Qərbi Sibirdə rast gəlinir.
Hündürlüyü 2,5 m-dək, yarpağıtökülən koldur. Oduncağı yaşılımtıl-ağdır. Cavan zoğları yaşıl və ya qırmızımtıl rəngli, qoca zoğlarının qabığı boz və qonur-bozdur. Tumurcuqları konusvarı, xırda, 1–2 mm-dir. Yarpaqların uzunluğu 3–7 sm, eni 2–5 sm, qarşı-qarşıya düzülmüş ellipsvarı formalı, qısa, ucu biz, kənarları bütövdür. Yarpaq ayasının yuxarı tərəfi tünd-yaşıl, tutqun, alt tərəfi bozumtul, yumşaq sıx tükcüklərlə örtülüdür. Çiçəkləri yarpaqların qoltuğunda cüt yerləşir.